AzMİU tələbələri Varis və Elayla görüşüblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq korpusunun Sərgi Salonunda kitab satış-sərgisi təşkil olunub.  

AzMİU  Kitabxanası və “XAN Nəşriyyatı”ın birgə təşkilatçılığı ilə keçirilən satış-sərgisində Azərbaycan və dünya ədəbiyyatını əhatə edən, müxtəlif janrlarda geniş çeşidli kitablar yayımlanıb. 

Univesitetin müəllim və tələbə heyətinin böyük həvəslə qatıldığı kitab-satış sərgisində xüsusi qonaqlar Azərbaycan ədəbi mühitinin sevilən yazıçıları Varis Yolçuyev və Elay İsmayılovla görüş və imza saatları da təşkil olunub.  

Yazıçılar böyük həvəslə kitablarından danışıb, müəllim və tələbələrlə ünsiyyətdə olub, onlardan gələn sualları cavablayıblar.

 “XAN Nəşriyyatı” tərəfindən xüsusi endirimlərdən yararlanan ziyarətçilər xoş  təəssüratlarla sərgidən ayrılıblar.

Qeyd edək ki, sərginin məqsədi kitab və mütaliəni tələbələr arasında təbliğ etmək və populyarlaşdırmaq, “XAN Nəşriyyatı”nda hazırlanan çap məhsulları ilə tanış etməkdir.
 

19-12-2023