“Code for future” layihəsi AzMİU tələbələrinə yeni fürsətlər yaradır

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri  “Code for future” layihəsi barədə məlumatlandırılıblar.

İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov qonaqları salamlayıb, onları AzMİU-da görməkdən məmnunluğunu ifadə edib. AzMİU və Code Academy arasında uğurlu əməkdaşlıqdan danışıb. 

“Code Academy” nin əməkdaşları Şəhriyar Məmmədli və Ülvi Səfərov tələbələrə “Code for future” layihəsi barədə danışıb, onlara layihənin qazandıracağı fürsətlərdən maksimum yararlanmağı məsləhət görüblər. 

Qeyd edək ki, Code Academy ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə tələbələrə informasiya texnologiyaları, mühəndislik və memarlıq sahələrində ödənişsiz dərs almaq imkanı ilə yanaşı nəzəri və praktiki təcrübə qazandıracaq.

Layihədə iştirak etmək istəyən tələbələr qəbul imtahanına dəvət olunacaq, imtahandan uğurla keçənlər isə tədrisə cəlb olunacaqlar. Layihənin sonunda tədrisi uğurla bitirən tələbələr beynəlxalq sertifikat və Code Academy diplomu almaq şansı əldə edəcəklər. 

Daha ətraflı məlumat almaq və müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: 


https://forfuture.code.edu.az/

12-12-2023