AzMİU-nun 2 tələbəsi “Heydər Əliyev adına təqaüd” qazandı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 2 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb. 

Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Sərəncamına əsasən təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə təqaüdün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılıb. Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılıb.

Seçimlər əsasında AzMİU-nun Memarlıq fakültəsinin memarlıq ixtisasının (SABAH qrupları) tələbəsi Gülsüm Nuriyeva və İnşaat fakültəsinin inşaat mühəndisliyi ixtisasının tələbəsi Nəzrin Rzayeva yüksək təqaüdə layiq görülüb.   

Qeyd edək ki, təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3.000 manat məbləğində olmaqla birdəfəlik ödəniləcək. Yaxın günlərdə isə Bakı Konqres Mərkəzində keçiriləcək müəllimlərin XVI Qurultayı çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin “Heydər Əliyev adına təqaüd” qazanmış tələbələrlə görüşü keçiriləcək.
 

11-12-2023