AzMİU və Haliç Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir

Türkiyənin Haliç Universitetinin Erasmus və Mübadilə Proqramları koordinatoru Lale Çobanoğlu, Baş Katib Burak Başkan, Beynəlxalq marketinq  koordinatorluğunun rəhbəri Seda Sevinçler Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva Haliç Universitetinin nümayəndələri ilə görüş keçirib.  

Görüşdə mövcud əlaqələr, birgə əməkdaşlıq sahələri, Erasmus layihələrinin həyata keçirilməsi, gələcək əməkdaşlıq perspektivləri, tələbə mübadiləsi ilə bağlı görülə biləcək işlər müzakirə edilib.

Qeyd edək ki, AzMİU artıq bir neçə ildir ki, Türkiyənin Haliç Universiteti ilə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Haliç Universitetinin Memarlıq fakültəsinin müəllimi Burcu Funda Ayberkin 23-27 oktyabr tarixlərində AzMİU-da ezamiyyətdə olub. AzMİU-nun Memarlığın əsasları kafedrasına təhkim olunan Burcu Funda Ayberkin Memarlıq fakültəsinin tələbələrinə mühazirələr oxuyub, kafedranın müəllimləri ilə fikir mübadiləsi aparıb.
 

11-12-2023