“Invest-AZ İnvestisiya Şirkəti" QSC-nin mütəxəssisləri tələbələrlə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sənayenin təşkili və idarə edilməsi kafedrası  “İnvest-AZ İnvestisiya Şirkəti" QSC ilə birgə növbəti seminar keçirib.

Seminarda kafedranın müdiri dosent Ruhəngiz Əliyeva, “İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin “Tədris və analitika” departamentinin baş mütəxəssisi Rövşən Məmmədov, “İnvestisiya məsləhətçisi” Rəşad Mustafayev, kafedranın əməkdaşları və tələbələr iştirak ediblər.  

Şirkətin əməkdaşı Rövşən Məmmədov çıxış edərək yığım, likvidlik, investisiyalar, valyuta birjaları,qiymətli kağızlarla iş, birjalarda ticarət əməliyyatlarının aparılması, geniş çeşidli ticarət alətləri barədə dolğun məlumatlar verib. 

Tələbələrin aktivliyi ilə seçilən seminar diskussiya formasında davam etdirilib. 

Sonda aktiv tələbələrə Ruhəngiz Əliyeva və Rövşən Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.
 

11-12-2023