Master-klas: “Proqramlaşdırmanın gəldiyi son nöqtə: Süni intellektin insan həyatına təsiri”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Proqramlaşdırmanın gəldiyi son nöqtə: Süni intellektin insan həyatına təsiri” mövzusunda master-klas keçirilib. 

Abituriyent Məsləhət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən master-klas “Developia Engineering Academy”nin  Proqramlaşdırma şöbəsinin rəhbəri Yusif Əlizadə tərəfindən aparılıb. 

Master-klas süni intellekt sahəsinə maraq göstərən, həmçinin gələcək karyerasını bu sahədə qurmaq istəyən tələbələrə dəstək olmaq məqsədi daşıyıb.

“Developia Engineering Academy”nin  icraçı direktoru Şamxal Cəfərzadə süni intellektdən istifadə, bu texnologiyanın insanların həyatında rolundan danışıb, tələbələri master-klasdan maksimum yararlanmağa çağırıb.  

Mexanika və informasiya texnologiyaları fakültəsinin II kurs tələbələri üçün nəzərdə tutulan master-klasda süni intellekt, onun əsasında hazırlanan texnologiyalar, süni intellektin tətbiq sahələri, bu sahədə karyera imkanlarından bəhs olunub, auditoriyanı maraqlandıran suallar cavablandırılıb, birgə fikir mübadiləsi aparılıb.
 

06-12-2023