AzMİU-da şəhid məzunun xatirəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən İncəsənət klubunun təşkilatçılığı ilə şəhid Elsevər Əhədzadənin xatirəsinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. 

Rəsm müsabiqəsi AzMİU-nun şəhid məzununun xatirəsini yad etmək və onu tələbələrimizə tanıtdırmaq məqsədi daşıyıb. 

Memarlıq fakültəsinin tələbələrinin iştirak etdiyi müsabiqədə təqdim olunan işlərə Təsviri incəsənət kafedrasının müəllimləri tərəfindən baxış keçirilib. 

Müsabiqənin yekununda qalib elan olunan Memarlıq fakültəsinin 111A qrupunun tələbəsi Zöhrə Quliyeva THİK-nin sədri Şahmar Rəfili tərəfindən diplomla mükafatlandırılıb.

13-11-2023