Gələcəyin mühəndisləri “Norm”da real iş prosesi ilə tanış olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin “Norm” ASC-yə ekskursiyası təşkil edilib. 

AzMİU-nun Təcrübə və Karyera Mərkəzi tərəfindən təşkil olunan ekskursiyada universitetin SABAH qruplarının İnşaat mühəndisliyi ixtisasının tələbələri və “İnşaat” fakültəsinin “Materiallar mühəndisliyi” ixtisasının tələbələri, eləcə də həmin qruplara dərs deyən bir neçə müəllim iştirak edib.

Ekskursiyanın məqsədi tələbələrin nəzəri biliklərini zənginləşdirmək, bu biliklərin təcrübədə tətbiqi ilə onların əyani tanışlığı, həmçinin gələcəyin mühəndislərinin real iş mühitinə hazırlığı olub. 

Ekskursiya zamanı SƏTƏM mühəndisi tərəfindən ilkin təlimat verilib, laboratoriyalarla (sement laboratoriyası, fiziki analiz laboratoriyası, kimya laboratoriyası və s.) tanışlıq olub. 

Sonda müəllim və tələbələr istehsal sahəsinə baxış keçiriblər.

Qeyd edək ki, ekskursiya tələbələr üçün məhsuldar keçib, yaranan suallar “Norm” ASC-nin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.
 

07-11-2023