Tələbələr Bakı Limanında yükdaşıma prosesi ilə tanış olublar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin Logistika və nəqliyyat texnalogiyaları ixtisasının 421a və 423a qrup tələbələrinə “Liman Logistikası” adlı nəzəri-praktiki təlim keçirilib.

Təlimin nəzəri hissəsində tələbələrə dünyada və Azərbaycanda dəniz yolu ilə yükdaşımaların qısa tarixi, dəniz daşımalarında istifadə olunan gəmilər və konteynerlər, yüklərin markalanması, yüklənib-boşaldılması, limanlarda yükaşırma prosesləri və bu proseslərdə istifadə olunan mexanizmlər haqqında geniş məlumat verilib.

Təlimin praktik hissəsində isə tələbələrin Bakı Limanına ekskursiyası təşkil olunub. Onlar limanın ərazisi, terminalları və yükdaşıma əməliyyatları ilə yaxından tanış olublar.

Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadənin təşkilatçılığı ilə keçirilən təlim Bakı Limanın mühəndisi, nəqliyyat logistikası üzrə təlimçi Nicat Şabanlı tərəfindən keçilib.


 

07-11-2023