AzMİU-da “Enactus” proqramına yeni üzvlər seçilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Enactus” proqramının infosessiyası keçirilib.  

Məlumat üçün bildirək ki, “Enactus” proqramı Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Tələbə Gənclər Təşkilatları İttifaqı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə ölkəmizdəki ali təhsil müəssisələrində fəaliyyət göstərir. Proqramın məqsədi gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaratmaq və azad sahibkarlığı təbliğ etməkdir. 

Qeyd edək ki, infosessiyanın sonunda öz ideyasına, yaradıcılığına və startap bacarıqlarına güvənən və “AzMİU Enactus” komandasına seçilən yeni üzvlər “Milli Enactus” yarışlarında universitetimizi təmsil edərək layihələrini təqdim edəcək, eyni zamanda, innovativ fikirlərini və yeniliklərini bir-birləri ilə bölüşəcəklər.
 

06-11-2023