Tələbələrimizin "Şöhrət" muzeyinə ekskuriyası təşkil edilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskuriya təşkil edilib.

Ekskuriya zamanı tələbələr ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

Eksponat və fotostendlərdə nadir sənədlər, arxiv materialları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, 25 ilini həsr etdiyi dövlət təhlükəsizliyi orqanlarındakı iş dövrünü, Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcının banisi olduğu dövrləri, onun şəxsən yerinə yetirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir.

Dahi şəxsiyyətin örnək ömür yolunu dəyərli ekspozisiyalarla şərti olaraq dörd mərhələdə əks etdirən muzey tələbələrin böyük marağına səbəb olub.

Qeyd edək ki, silsilə şəklində 5 gün davam edən ekskuriyada AzMİU-nun fakültə dekanlarının müavinləri, TGT-nin sədri Tacir İsmayılzadə və 125 nəfər fəal tələbə iştirak edib.
 

30-10-2023