Son dörd ildə AzMİU-ya 2987 qız tələbə daxil olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 2023/2024-cü tədris ilində 2288 tələbə qəbul olub. 

Qəbul olan tələbələrdən 932 nəfəri qız, 1356 nəfəri isə oğlandır. 

Universitetə 2020/2021-ci tədris ilində 621 qız, 1134 oğlan, 2021/2022-ci tədris ilində 590 qız, 1034 oğlan, 2022/2023-cü tədris ilində 844 qız, 1326 oğlan qəbul olub. 

Beləliklə son dörd ildə AzMİU-ya 2987 qız tələbə daxil olub. 

Son dörd ilin müqayisəli təhlili onu deməyə əsas verir ki, AzMİU-nu seçən  qızların sayı ilbəil artır. Bu da universitetdə aparılan islahatların, daha yaxşı təhsil mühitinin formalaşdırılmasının və ölkəmizdə texniki ali təhsilə qızların marağının artmasının göstəricisidir. 

Qeyd edək ki, AzMİU-ya bu tədris ilində 27 ixtisas üzrə qəbul aparılıb planlaşdırılan tələbə qəbulu yerlərinin 91% tutulub.
 

12-10-2023