"Dost Görüşü" – Nəqliyyat fakültəsinin tələbələri bir arada

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) və Nəqliyyat fakültəsinin birgə təşkilatçılığı ilə "100MİN" proqramı çərçivəsində tələbələr arasında "Dost Görüşü" keçirilib.

Görüşün əsas məqsədi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, sağlam mühitin yaradılması, tələbələri birgə işə sövq etmək olub. 

Görüş sırasında gənclər birlikdə intellektual və interaktiv oyunlar, aktiv müzakirələr və diskussiyalar təşkil edərək maraqlı vaxt keçiriblər.
 

10-10-2023