Universitetimizin tələbələri Şuşaya səfər ediblər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Şuşa tələbələrin gözü ilə" adlı layihə çərçivəsində  Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 23 tələbəsi Şuşaya səfər edib. 

İlk dəfə reallaşan səfərdə tələbələrimiz Şuşa şəhərini gəzib, aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Daha sonra tələbələrimiz "Qarabağın yenidən qurulmasında modern memarlıq üslubunun tətbiqi" mövzusunda panel görüşə qatılıblar.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda təhsil alan istedadlı gənclərin Qarabağa qayıdış prosesində fəal iştirakını təmin etmək, tələbələri Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirmək olub.
 

07-09-2023