Yıldız Texniki Universitetinin əməkdaşları AzMİU-nun inzibati struktur və təcrübələrindən yararlanırlar

AB Erasmus + KA1 mübadilə proqramı çərçivəsində Yıldız Texniki Universitetinin 3 əməkdaşı Azərbaycan Memarlıq və İnşaat Universitetində olublar. 
Səfərin ilk günü qonaqlar  Kadrlar şöbəsinin müdiri Fatma Tarık, İnzibati və Maliyyə İşləri İdarəsinin əməkdaşı Lətifə Gamze Şenöz Sinekoğlu,  Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin mütəxəssisi Firdevs Gülər beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanov ilə görüşüblər.

Görüşdə qonaqları salamlayan Nərgiz Abdullayeva institusional əlaqələrin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun asanlaşdırdılmasında, əməkdaşlığın və elmin ötürülməsində mübadilə proqramlarının əhəmiyyəti dilə gətirilib. Prorektor AB Erasmus+ KA1 təcrübə proqramının hər iki universitetə uzunmüddətli təsir göstərəcəyinə, onların inzibati proseslərini təkmilləşdirəcəyinə və əməkdaşlıq mədəniyyətini aşılayacağına inandığını vurğulayıb.

Qonaqlar AzMİU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru, texnika üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, AzMİU-nun İnsan resursları şöbəsinin müdiri Esmira Budaqova, baş mühasib Sarı Yusubovla da görüşüblər.

Görüşlərdə qonaqlar inzibati strukturu və təcrübələri, xüsusilə insan resursları, sosial rifah və ictimaiyyətlə əlaqələr sahəsində geniş məlumatlar alıblar.  

Qeyd edək ki, qonaqlar 10-14 iyul 2023-cü il tarixlərində  AzMİU-da olacaq, həmkarları ilə ən yaxşı təcrübələrini paylaşacaq, şəbəkələrini genişləndirmək və fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
 

11-07-2023