AzMİU-nun “PİTech” komandası "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsində iştirak edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan" model peyk müsabiqəsinin final mərhələsi keçirilib.

Finala yüksələn ən güclü 8 komanda arasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “PİTech” komandası da olub.

Müsabiqə Daxili Qoşunların Hacıqabul şəhərindəki hərbi hissəsinin açıq poliqonunda baş tutub. Finalçılar hazırladıqları 500 qramlıq model peykləri raketlərin daxilinə yerləşdirib və onları 200 metr yüksəklikdən səmaya buraxıblar. 

AzMİU-nun “PİTech” komandası müsabiqədə uğurlu iştiraka görə sertifikat və hədiyyələrə layiq görülüb. 

Müsabiqənin finalını əks etdirən qısa video-roliki aşağıdakı linkə daxil olub izləyə bilərsiz:

https://youtube.com/shorts/51xcMr6jCwM?feature=share 

10-07-2023