AzMIU-da tələbələrin psixoemosional hazırlığının yüksəldilməsi məqsədilə meditasiya-yoqa təlimi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün universitetin həyətində meditasiya-yoqa təlimi keçirilib. 

Təlim İtaliya-Azərbaycan Dizayn və Sabah mərkəzlərinin birgə təşkilatçılığı ilə mediator İnci Taşan tərəfindən aparılıb. 

İmtahanlardan öncə tələbələrin psixoemosional hazırlığının yüksəldilməsi məqsədi daşıyan proqram sağlam həyat tərzinin təbliği, stresslə mübarizə və mənəvi inkişafa əsaslanıb.   

Proqramda zəkanı gücləndirən nəfəs texnikaları, bədən dili, şüuraltının gücü kimi mövzulara toxunulub.
 

 

31-05-2023