Tələbələrin təcrübə keçməsi üçün AzMİU 150 müəssisə ilə əməkdaşlıq edir

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tələbələrin təcrübə keçməsi üçün 150 müəssisə və təşkilatla əməkdaşlıq edir. Bu qurumlardan 35-i 2022/2023-cü tədris ilində əməkdaşlığa cəlb edilib. 

2022/2023-cü tədris ilində bu qurumlara bakalavriat səviyyəsi üzrə 1637, magistr səviyyəsi üzrə isə 442 olmaqla, ümumilikdə 2079 tələbə göndərilib.  

Bunlardan 470 tələbə təcrübəyə öz müraciəti əsasında seçdiyi müəssisəyə göndərilib. 

Qeyd edək ki, tələbələrin təcrübə keçmək üçün müəssisə seçmək hüququ var, lakin həmin müəssisə təcrübə üçün tələb edilən elmi, texnoloji və idarəetmə şərtlərini ödəməlidir. 
 

06-03-2023