Tələbələr ağacəkmə aksiyasında iştirak ediblər - 02.03.2023

“Heydər Əliyev İli” ilə əlaqədar olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə Bakının Müşviqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının ekoaktivistləri də aksiyada iştirak ediblər. Ağacəkmə aksiyasına AzMİU-nun 45 tələbəsi qatılıb.

Qeyd edək ki, aksiyada 2000-dən çox ağac əkilib.
 

02-03-2023