Kitabxanamızda ZƏRİF MÜƏLLİFLƏRİN sərgisi keçirilib - 02.03.2023

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kitabxanasında universitetin qadın əməkdaşlarının müəllifi olduğu kitabların sərgisi keçirilib. 

Sərgidə AzMİU-nun qadın struktur rəhbərləri, universitetin, o cümlədən kitabxananın əməkdaşları iştirak ediblər. 

AzMİU-nun elektron kitabxanasının rəhbəri Aytən Rəhmanova çıxış edərək tədbir iştirakçılarını təbrik edib və qeyd edib ki, AzMİU-da qadın əməkdaşlara hər zaman yüksək diqqət, qayğı göstərilib. 

Tədbirdə universitetin Memarlıq fakültəsinin tələbələri tərəfindən hazırlanan video-çarx izlənilib. Video-çarxda AzMİU-nun rəhbər vəzifələrdə çalışan xanım əməkdaşları haqqında məlumat nümayiş etdirilib.

Daha sonra sərgiyə baxış keçirilib.
 

02-03-2023