“Dünyama açılan pəncərə” – Şairə Esmira Abdullayeva ilə tələbələrin görüşü keçirilib - 27.02.2023

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) SABAH mərkəzinin təşkilatçılığı ilə şairə Esmira Abdullayeva və tələbələrin görüşü keçirilib. “Dünyama açılan pəncərə” adlı görüşdə qiraətçilər tərəfindən Esmira Abdullayevanın şeirləri səsləndirilib və müəlliflə birgə şeirlərin təhlili aparılıb. 

Görüşdə Azərbaycan Dövlət Pantomima Teatrının aktrisası, əməkdar artist Səbinə Hacıyeva müəllifin müxtəlif şeirlərini obrazlaşdıraraq tədbir iştirakçılarına təqdim edib. 

Sonda  Esmira Abdullayeva öz imzası ilə “İkibaşlı payız”  adlı kitabını tədbir iştirakçılarına  hədiyyə edib. 
    
 

27-02-2023