AzMİU tələbələri SABAH VII Karyera Qış məktəbində iştirak ediblər - 14.02.2023

Azərbaycan Memarlıq və İnşaat Universiteti SABAH mərkəzinin rəhbəri Pərvin Quliyeva və İnşaat mühəndisliyi ixtisasının sonuncu kurs tələbələri Firuddin Əzizov, Rəvan Quluzadə və Nazim Azamatov SABAH VII Karyera Qış məktəbində iştirak ediblər.

Qış Məktəbində SABAH tələbələrinə "İşədüzəlmə", "Sahibkarlıq/Start-up", "Akademik fəaliyyət" istiqamətlərində təlimlər keçirilib. 

Təlimlər "Qloballaşma, müasir gənclik, milli ədəbiyyat", "İşə qəbul və 21-ci əsrin bacarıqları", "İnnovasiya ekosistemi və startapların inkişafı", "Elmi tədqiqat", "Elmi məqalələrin hazırlanmasında beynəlxalq standartlar", "İnkişafın gələcəyi", "Çevik iş dünyasının gözləntiləri", "Alimliyə gedən yol", "Sosial-emosional bacarıqlar", "Qızıl 4 il", "Əmək qanunvericiliyi", "Xaricdə təhsil imkanları və xüsusiyyətləri" mövzularını əhatə edib. 

Təlimlərdən sonra iştirakçılar və təlimçilər SABAH qrupları İcra Komitəsinin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Eldar Qocayev tərəfindən mükafatlandırılıb. 

Sonda Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov SABAH VII Karyera Qış Məktəbinin rəsmi bağlanışını edib.
 

14-02-2023