AzMİU kollektivi Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək zəlzələ nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib

Fevralın 8-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi və bir qrup tələbəsi Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

AzMİU kollektivi həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq səfirliyin inzibati binasının qarşısında yaradılan guşənin önünə əklil qoyub, gül dəstələri düzüblər.

08-02-2023