AzMİU növbəti dəfə “UI Green Metric” beynəlxalq reytinq bazasına daxil olub - 28.12.2022

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il 6-cı dəfədir ki, “UI Green Metric World University” beynəlxalq reytinq bazasının “Ekoloji cəhətdən dünyanın ən dayanıqlı universitetləri” siyahısına daxil olub. 
“UI Green Metric” reytinqi İndoneziya Universiteti tərəfindən 2010-cu ildən nəşr olunur. Bu il AzMİU dünya üzrə 625-ci yerdə, ölkə üzrə 2-ci yerdə qərarlaşıb.

Reytinq tərtib edilən zaman istehlak və enerjiyə qənaət, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi üzrə göstəricilər əsas götürülür. Eyni zamanda reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri də nəzərə alınır.

“UI Green Metric World University Ranking” ekologiya sahəsində yeganə beynəlxalq reytinq nəşridir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.

2022-ci il “UI Green Metric”in tam nəticələrini bu saytdan əldə edə bilərsiniz: https://greenmetric.ui.ac.id/rankings/overall-rankings-2022/

 

28-12-2022