AzMİU Elmi Şurasının 2022-ci il üzrə son iclası keçirilib - 28.12.2022

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının 2022-ci il üzrə son iclası keçirilib. 

Gündəliyə keçməzdən əvvəl şuranın sədri, professor Gülçöhrə Məmmədova universitetin Geomatika kafedrasının müdiri, dosent Saçlı Qəniyevanı 60 illik yubileyi  münasibətilə təbrik edib. Rektor çıxış edərək Saçlı Qəniyevanın elmi fəaliyyətinə qısa nəzər salıb, universitetin inkişafı üçün onun gördüyü işlərdən danışıb.    

Daha sonra professor Gülçöhrə Məmmədova şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.  

Gündəliyə uyğun olaraq Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinin dekanı, dosent Sabir Məmmədov fakültənin 5 illik fəaliyyəti barədə hesabatla çıxış edib. O, çıxışında fakültə üzrə həyata keçirilən işlər, əldə olunan naliyyətlər, eləcə də çatışmazlıqlar haqqında məlumat verib. 

Keyfiyyətə Nəzarət Mərkəzinin direktoru, professor Rövşən Quliyev və mərkəzin direktor müavini, dosent Könül Ağayeva məruzələrində 2020-ci ildə qəbul edilmiş standart Təhsil Proqramlarının icrası, təhsilin modernləşdirilməsi, keyfiyyəti, görüləcək işlər barədə məlumat verib.

Elmi Şurada müsabiqə işləri və cari məsələlərə də baxılıb. Müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib və tapşırıqlar verilib.

İclası yekunlaşdıran rektor Gülçöhrə Məmmədova qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə şura üzvlərini təbrik edərək xoş arzularını bildirib.

 

12-04-2022