Elmi nəşrlərlə bağlı seminarlar davam edir [27.12.2022]

Elmi nəşrlərlə bağlı yaradılmış işçi qrupun üzvləri Reyhan Əkbərli, Aytən Rəhmanova və Samirə Əkbərova tərəfindən “Meliorasiya və su təsərrüfatı tikintisi”, “Mühəndis sistemləri və qurğuların tikintisi” kafedralarının əməkdaşları üçün impakt faktorlu jurnallarda məqalələrin dərc olunma strukturu, məqalələri həmin jurnala uyğun təqdim etmək üçün qeydiyyat qaydalarını izah edən seminarlar keçirilib.
Seminarlarda kafedra müəllimlərinin sualları cavablandırılıb, maraq kəsb edən məsələlər ətrafında disskusiya təşkil edilib. 
Sonda hər kafedranın profilinə uyğun “Web of Science” və “Scopus” bazasına daxil jurnalların siyahısı təqdim edilib.

Qeyd edək ki, digər kafedralarda da bu yönümdə seminarlar təşkil ediləcək.
 

 

27-12-2022