BİZNESİN MEMARLIĞI - Peşəkar təlimçi tələbələrə problemlər və həlli yollarından danışdı [23.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Biznesin memarlığı” adlı təlim keçirilib.

Təlimçi, biznes konsultant Tural Abbaslı qazanılan nəzəri biliklərin təcrübədə tətbiqi, müasir şəraitdə şirkətlərin qarşılaşdığı çətinliklər və həlli yolları barədə tələbələrə ətraflı məlumat verib.

Təlim diskussiya şəraitində davam edib və sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

23-12-2022