AzMİU əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı ayrılıb. 
Bununla bağlı AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova əmr imzalayıb. 
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə AzMİU-nun bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.

 

 

22-12-2022