AzMİU-da BMT-nin I simulyasiya komfransında 2 departamentin iclası keçirilib [21.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən BMT-nin I simulyasiya komfransı yekinlaşıb. 

Konfransın yekunu ilə bağlı AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Tacir İsmayılzadə hesabatla çıxış edib. Bildirilib ki, konfransda iki departamentin iclası keçirilib. İclaslardan birincisi
"Baş Assambleyada: İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında ticarət əlaqələrinin gücləndirilməsi", ikincisi isə "UNESCO-nun Ümumdünya İrs Komitəsində: Müharibələr zamanı irs abidələrinin dağıdılması problemi" mövzusuna həsr olunub.

2 gün davam edən simulyasiyada iştirakçılar gərgin diplomatik mübarizə apararaq öz mövqelərini təmsil ediblər. 

Konfransın yekununda iştirakçılar sertifikatla təltif olunublar. Bundan əlavə konfransda fərqlənən iştirakçılar "ən yaxşı debatçı", "ən yaxşı deleqant", "ən yaxşı jurnalist" və "ən yaxşı mövqe sahibi" kimi fərqlənmə naminasiyaları ilə təltif olunublar.

Qeyd edək ki, BMT-nin I simulyasiya komfransı Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən həyata keçirilən  “AzMUN” proqramı çərçivəsində təşkil olunub. 

 

21-12-2022