AzMİU tələbələri tədqiqatçı Mələk Vəlizadənin Munkısın “Ölülər kitabı”ndakı Bakı  haqqında məruzəsini dinləyiblər [19.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi arasında İçərişəhər və ümumilikdə Azərbaycan ərazisində tarixi-mədəni abidələrin birgə tədqiqatı ilə bağlı  birlikdə keçiriləcək tədbirlər planı təsdiqlənib. Tədbirlər planında memarlıq və tarixi abidələrin birgə təhlili, tədqiqatları əhatə edən elmi-praktik konfranslar, dəyirmi masa görüşlər və s. formatlı tədbirlərin reallaşdırılması nəzərə tutulub.
Plana əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda, Maksud İbrahimbəyovun ev-muzeyində ilk tədbir keçirilib. Tədqiqatçı Mələk Vəlizadə “Tarix mühazirələri: Usama ibn Munkısın “Ölülər kitabı”nda Bakı haqqında” məruzə ilə çıxış edib. 
Tədbirdə “Memarlıq konstruksiyaları və abidələrin bərpası” kafedrasının əməkdaşı Aygün İmanova və Memarlıq fakültəsinin tələbələri iştirak ediblər.
Sonda məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr təşkil olunub.

 

19-12-2022