AzMİU-da Kembric Universitetinin rəsmi test mərkəzinin infosessiyası keçirilib [09.12.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Kembric Universitetinin rəsmi test mərkəzinin infosessiyası keçirilib. AzMİU-nun Sənayenin təşkili və idarə edilməsi kafedrasının təşkilatçılığı ilə keçirilən infosesiyada Dövlət İmtahan Mərkəzinin nümayəndəsi də iştirak edib. 
İnfosessiyada beynəlxalq imtahanlar, Kembric ingilis dili kvalifikasiyaları və İCDL imtahanı haqqında müzakirələr aparılıb. Müzakirələrdə kafedranın müəllim heyəti və tələbələr iştirak edib və sualları cavablandırılıb.
 

 

09-12-2022