"44 Gün" romanının müəllifi AzMİU kitabsevərləri ilə görüşüb [18.11.2022]

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Kitabsevərlər klubunun növbəti görüşü keçirilib. Bu dəfəki görüş "44 Gün" romanının yazarı Amid Səlimoğlu ilə olub. 
Görüş torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sülütla yad edilməsi ilə başlayıb. 
Tədbirdə AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Şahmar Rəfili, Elektron Kitabxananın müdürü Aytən Rəhmanova və AzMİU Kitabseverlər klubun sədri Məlahət Nağızadə çıxış edərək görüşün əhəmiyyətindən danışıblar. Çıxış edənlər qeyd ediblər ki, AzMİU Kitabseverlər klubu tələbələrin mütaliə bacarıqlarının inkişafı, onların bu istiqamətdə motivasiyası üçün əlverişli mühit formalaşdırıb.
Daha sonra görüş "44 Gün" romanının yazarı Amid Səlimovla tələbələr arasında sual-cavab, diskusiyalar şəkilində davam edib.
 

 

18-11-2022