İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb [02.11.2022]

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən "İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqə"yə qeydiyyat müddəti uzadılıb. Belə ki, qeydiyyat prosesi 13 noyabr 2022-ci il tarixinədək davam edəcək. 
Məlumat üçün bildirək ki, "İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqə" çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Gənclər Fondunun nümayəndələri ilə tələbələr arasında görüş keçirilib. Görüşdə müsabiqə haqqında tələbələrə ətraflı məlumat verilib, onların mövzu ilə bağlı sualları Gənclər Fondunun nümayəndələri tərəfindən cavablandırılıb. 
Qeyd edək ki, Gənclər Fondunun nümayəndələri ilə görüşdə AzMİU-nun müxtəlif ixtisaslar üzrə 200-ə yaxın tələbəsi iştirak edib.
 
 

 

02-11-2022