Tikinti-iqtisad fakültəsinin kafedralarında elmi seminarlar keçirilib [25.10.2022]

     İqtisadi nəzəriyyə və marketinq kafedrasında məruzəçi Yusif Binnətov “Azərbaycanın tikinti sahəsində iqtisadi münasibətlərin formalaşması və təkmilləşdirilməsi” adlı mövzusunda, “Sənayenin təşkili və idarə olunması”  kafedrasında Günel İmamquliyeva “Emal sənayesində əsas kapitala investisiyaların stimullaşdırılmasının təkmilləşdirilməsində inkişaf institutunun rolu” adlı mövzusunda  çıxış ediblər. 
     Tədbirdə Elm və İnnovasiya məsələləri üzrə prorektor, professor Nigar Aslanova,  kafedranın əməkdaşları və  doktorantlar da iştirak ediblər. 
     Sonda elmi seminarlarda iştirak edən professor-müəllim heyəti məruzələr ətrafında fikir mübadiləsi aparıblar, məruzəçilər tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb.


 

25-10-2022