AzMİU tələbələrinin Bakı Ali Hərb Məktəbinin Təlim və Tədris Mərkəzinə ekskursiyası təşkil edilib [17.10.2022]

      Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələrinin Bakı Ali Hərb Məktəbinin Təlim və Tədris Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya AzMİU-nun Tələbə Gənclər Təşkilatının (TGT) və “ÇƏTİR” proqramı çərçivəsində Vətənpərvərlik klubları şəbəkəsinin birgə təşkilatçılığı ilə reallaşıb. 
     Ekskursiya zamanı tələbələr tədris mərkəzinə ümumi baxış keçirib və mərkəzlə bağlı məlumatlar əldə ediblər. Mərkəz rəsmiləri tərəfindən tələbələrə hərbi sahə ilə bağlı bir sıra məlumatlar verilib.  
     Daha sonra ekskursiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

17-10-2022