“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mütəxəssisi tələbələrimizə mühazirə oxuyub [13.10.2022]

     “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mütəxəssisi Əhliman Verdiyevin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” (ST və MKS) fakültəsinin tələbələri ilə görüşü keçirilib. 
     Fakültənin dekanı Zakir Musayev qonağı salamlayıb və belə görüşlərin tələbələr üçün əhəmiyyətli olduğunu qeyd edib. 
Sonra Əhliman Verdiyev “Respublikamızın su ehtiyatları və onlardan suvarmada istifadə imkanları” mövzusunda mühazirə oxuyub.  O, mühazirəsində günümüzün aktual problemi olan su ehtiyatlarının səmərəli istifadə olunması və suvarmada istifadə imkanlarından danışıb. 
     Qeyd edək ki, görüş Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında əməkdaşlığa dair 2022-2023-cü illər üzrə tədbirlər planına əsasən təşkil edilib. 


 

13-10-2022