Qazaxıstanlı doktorantlar AzMİU-da təcrübə proqramında olublar [05.07.2022]

     06 iyun – 26 iyun 2022-ci il tarixlərində Qazaxıstan Beynəlxalq Təhsil Korporasiyasının doktorantları Laura Auxadiyeva, Karlıqaş Tabınbayeva və Yuliya Onişenko Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təcrübədə olublar. Təcrübə çərçivəsində AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına təhkim olunan doktorantlar distertasiya işləri ilə bağlı kafedranın professor-müəllim heyyəti ilə geniş məsləhətləşmələr aparıblar və lazımi kitabxana ilə təmin ediliblər. 
Doktorantlar təcrübə çərçivəsində ölkəmizin, o cümlədən Bakının özünəməxsus memarlıq nümunələrilə də tanış olublar. 
     Proqramın sonunda təcrübə üçün yaradılan şəraitə görə doktorantlar AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayevaya və Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadəyə təşəkkür ediblər.

06-07-2022