AzMİU-nun İnşaat kollecində yeni laboratoriya açılıb [19.05.2022]

     Azərbaycan Memarlıq İnşaat Universitetinin (AzMİU) İnşaat kollecində “Binaların xarici konstruksiyalarının istilik izolyasiyası” layihəsinin nəticəsi olaraq  yeni yaradılmış laboratoriyanın açılışı olub. Laboratoriya üçün 5 kompyuter, 1 A3 formatlı rəngli printer və proyektor alınıb. 
    Laboratoriyanın açılışında AzMİU-nun rektorunun müşaviri İlham Mərdanov, layihənin Azərbaycan üzrə koordinatoru AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov, İnşaat kollecinin direktoru Namiq Ağamalıyev, kollecin əməkdaşları və tələbələr iştirak ediblər.
    Məlumat üçün qeyd edək ki, AzMİU ilə Gürcüstanın Enerji Səmərəliliyi Mərkəzi və “Knauf Marketing Baku” MMC arasında bağlanmış tərəfdaşliq sazişi əsasında yerinə yetirilən layihə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (SİDA) tərəindən maliyyələşdirilib, RECONOMY proqramı çərçivəsində həyata keçirilib. 
 

19-05-2022