“WORK4CE” layihəsinin növbəti menecment görüşü keçirilib [21.04.2022]

     20 aprel tarixində layihəyə tərəfdaş olan Azərbaycan universitetləri adından Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradovun iştirakı ilə tərəfdaşı olduğumuz “WORK4CE” layihəsinin menecment görüşü keçirilib. 
     Layihədə Azərbaycandan tərəfdaş universitetlər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət Gömrük Komitəsi Akademiyasıdır.
    Görüşdə layihənin iştirakçıları çıxış edərək layihə ilə bağlı görülən işlər, iştirakçılar qarşısında qoyulan öhdəliklər və gələcək zəruri addımlar barədə məlumat verilib. Layihənin digər addımlarının müzakirəsi baş tutub.  
Qeyd edək ki, AzMİU Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən WORK4CE- “XXI Əsrdə Sağlam Və Təhlükəsiz Iş Mühiti Üçün Domenlərarası Kompetensiyalar” layihəsinə 2020-ci ildən qoşulmuşdur və layihə 2023-cü ilə qədər davam edəcək. Layihənin tərəfdaşları Almaniya, Belçika, İspaniya, Ukrayna və Azərbaycandır. Layihənin məqsədi mühazirəçilərin, sahə mütəxəssislərinin və peşə assosiasiyaları üzvlərinin uğurlu birgə istehsal yanaşmasının tətbiqi sayəsində rəqəmsal transormasiyanın idarə olunması üçün yeni iş ilə əlaqəli imkanları inkişaf etdirməkdir. Bu yanaşma tərəfdaş ölkələrdəki universitet və sənaye arasındakı boşluğun aradan qaldırılmasını nəzərdə tutur.

21-04-2022