AzMİU Tələbə Gənclər Təşkilatına yeni sədr seçilib

               
          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr seçkilərinin nəticələrinə həsr olunmuş  tədbir keçirilib. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) baş katibi Orduxan Qəhrəmanzadə, universitetin müəllimləri və tələbələri iştirak ediblər.
          ATGTİ-nin nümayəndəsi O.Qəhrəmanzadə AzMİU TGT-nin ötən illər ərzində gördüyü işləri, keçirdiyi layihələri yüksək qiymətləndirib. O, növbəti dönəm üçün seçiləcək sədr və idarə heyətinə uğurlar diləyib.
           Tələbələrin səs verməsi nəticəsində 5 namizəd arasında yüksək səs çoxluğu ilə Tacir İsmayılzadə AzMİU TGT-nin yeni sədri seçilib. Daha sonra yeni idarə heyəti seçilib, yeni idarə heyətinə fakültə sədrləri və müavinləri əlavə olunub. Məlumat üçün qeyd edək ki, Tacir İnşaat fakültəsinin 3-cü kurs tələbəsidir. 
          Tədbirdə iştirak edən Materialşünaslıq kafedrasının dosenti Vasif Şahmarov da çıxış edib, yeni sədrə - ötən semestrdən yaxşı tanıdığı, dərs dediyi tələbəsinə seçildiyi məsuliyyətli və şərəfli işində uğurlar arzulayıb. 

15-04-2022