AzMİU alimlərinin məqaləsi növbəti dəfə “Web of Science” bazasında  dərc edilib [14.04.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının müdiri, professor Fuad Lətifov, kafedranın dosenti Aynur Xudiyevanın həmmüəllif olduğu məqalə Clarivate Analytics Web of Science elmmetrik beynəlxalq bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc olunub. 
     Alimlərin “Özlü maye ilə doldurulmuş, millərlə möhkəmləndirilmiş ortotrop silindrik örtüyün qeyri-xətti parametric rəqsləri” sərlövhəli məqaləsi Rusiyanın nüfuzlu “Tətbiqi mexanika və texniki fizika” jurnalının 2022-ci ildə ilk sayında işıq üzü görüb. Jurnal “Web of Science” elmmetrik bazasına daxildir. Məqalə həm ingilis,  həm də rus dilində çap olunub. 
 

14-04-2022