Azərbaycan Memarlıq və İnşaat Universiteti fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya qəbul elan edir:
ELAN
Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya (dissertanturaya) sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Doktoranturaya (dissertanturaya) sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.
Portal.edu.az vasitəsilə sənədlərin qəbulu 05 aprel 2022-ci il tarixindən 05 may 2022-ci il tarixinədək aparılacaq.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytında qeydiyyatdan keçən şəxslər “Xarici dil” imtahanına buraxılacaqlar. “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzində (DİM) 12 iyun 2022-ci il tarixində keçiriləcək.
Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslər üçün “Fəlsəfə” fənni üzrə imtahanın 1, 2, 5 sentyabr 2022-ci il tarixlərində, ixtisas imtahanının isə 12, 13 sentyabr 2022-ci il tarixilərində keçirilməsi planlaşdırılır.
Portal.edu.az saytına daxil olmazdan əvvəl azmiu.edu.az saytında yerləşdirilən məlumatla tanış olmaq tövsiyə olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”
1 Azərbaycan Memarlıq və İnşaat Universiteti (2022-azmiu.doc)
Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər AzMİU-nun “Doktorantura” şöbəsinə (A.Sultanova küç.11 AzMİU-nun əsas binasi, 3-cü mərtəbə, otaq 305, tel: (012)5390786) müraciət edə bilərlər.
Doktorantura şöbəsi