AzMİU tələbələri Şuşa teatrının hazırladığı “Lənkəran xanın vəziri” tamaşasına baxıblar [14.04.2022]

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Universitetin böyük Akt zalında Şuşa Dövlət Musiqili Dram Teatrının görkəmli dramaturq Mirzə Fətəli Axundovun “Lənkəran xanın vəziri” komediyası əsasında hazırladığı tamaşaya baxıblar.
     AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov giriş nitqi ilə çıxış edərək, Şuşa teatrının aktyorlarını Universitetdə görməkdən məmnunluğunu bildirib, tələbələrə xoş istirahətlər arzulayıb.  
     Məlumat üçün qeyd edək ki, teatrın baş rejissoru Loğman Kərimovun quruluş verdiyi tamaşanın səhnə tərtibatçısı rəssam Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur. Baş rollarda Əməkdar artist İqrar Salamov, artistlərdən Püstəxanım Zeynalova, Mətanət Eres, Nazir Rüstəmov, Aybəniz Əhmədova, Azad Məmmədov, eləcə də epizodik rollarda iştirak edən aktyor və aktrisaların ifaları gözəl oyun tərzi, yüksək ustalığı ilə yadda qalıb. 

14-04-2022