AzMİU-da Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək [19.04.2022]


QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR MEMARLIQ İRSİ.
BƏRPA, QORUNMA VƏ İSTİFADƏ PROBLEMLƏRİ
 BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSI

21-22 Aprel  2022

                                        
     Elmi konfrans memarlıq irsinin qorunması və istifadəsinin geniş spektri problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpasına,  bu irsin qorunması problemlərinin hüquqi aspektləri, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunur. Konfransda işğaldan azad edilmiş ərazilərin memarlıq və şəhərsalma bərpası ilə bağlı məsələlərin müzakirəsi, memarlıq irsinin reabilitasiyası üçün tövsiyələrin hazırlanması, tarixi şəhərlərdə mövcud idarəetmə sistemi təcrübəsinin təhlili və optimal mexanizmin yaradılması nəzərdə tutulur. 


KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

Hacıyeva Səbinə 
Memarlıq üzrə elmlər doktoru, professor, AzMİU

Rzayeva Nərmin    
Elmi-tədqiqat şəbəsinin müdiri, AzMİU

Hüseynov Emir    
Memarlıq üzrə elmlər doktoru, dosent, AzMİU

Yusifova Nərmin    
Memarlıq üzrə fəlsəfə doktoru, dosent, AzMİU

Mustafayeva Fidan    
Memarlıq üzrə fəlsəfə doktoru, dosent, AzMİU

Əkbərova Samirə 
Memarlıq üzrə fəlsəfə doktoru, dosent, AzMİU

Məmmədov Nurməmməd
Texnika üzrə fəlsəfə doktoru, dosent, AzMİU

Bağırov Bulud    
Texnika üzrə fəlsəfə doktoru, AzMİU

Şirinova Könül    
Xarici əlaqələr şöbəsi, AzMİU


KONFRANSIN ELMİ KOMİTƏSİ

Alessandro Bianchi
İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayyəndəsi, bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə Azərbaycanın milli mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Aİ tərəfindən maliyyələşdirilən layihəsinin müşaviri, İtaliya

Alemdar Bayraktar
Türkiyə, Karadeniz Texniki Universitetinin professor

Qlaudinova Mexribanu
Memarlıq üzrə elmlər doktoru, Almatı Humanitar və İqtisadiyyat Universiteti

Olena Oliynyk
Memarlıq üzrə elmlər doktoru, Ukrayna Milli Memarlar İttifaqının vitse-prezidenti, UNESCO-UIA Memarlıq Təhsili Komissiyası və UNESCO-UIA Şurasının üzvü

Nora Lombardini
Dosent, konservasiya və bərpa üzrə mütəxəssis, Milan Politexnik Universiteti

Gülçöhrə Məmmədova     
Memarlıq doktoru, professor, AzMİU-nun rektoru

Nərgiz Abdullayeva    
Memarlıq üzrə elmlər doktoru, professor, AzMİU-nun prorektoru

Zahidə  Məmmədova          
Memarlıq üzrə fəlsəfə doktoru, professor, AzMİU

Elbəy Qasımzadə 
Professor, Azərbaycan Memarlar İttifaqıının Sədri

Səbinə Hacıyeva      
Memarlıq doktoru,  professor, AzMİU

Nizami Nağıyev    
Memarlıq üzrə elmlər doktoru, professor, AzMİU

Aybəniz Həsənova     
Memarlıq üzrə elmlər doktoru, professor, AzMİU

             
Konfransın keçirilmə tarixi və yeri
21-22 aprel 2022-ci il, Azərbaycan Memarlıq və İnşaat Universiteti

İştirak forması: hibrid – şifahi və ya online

Konfransın işçi dili: Azərbaycan, rus, ingilis 

Konfransda iştirak etmək üçün memarlıq irsinin mühafizəsi ilə məşğul olan geniş spektrli mütəxəssislər, irsin mühafizəsinə cavabdeh olan dövlət qurumları, eləcə də şəhərlərin tikintisində istifadə olunan müasir texnologiyalar üzrə mütəxəssislər, memarlar, şəhərsalmaçılar, sosioloqlar, kulturoloqlar və sənətşünaslar dəvət olunur.

Konfransda iştirak etmək üçün 2-3 səhifədən (və ya 300 sözdən) çox olmayan tezis və konfransda iştirak etmək üçün ərizəni Təşkilat Komitəsinin ünvanına göndərmək lazımdır. Təşkilat Komitəsi konfransın mövzusuna uyğun olmayan tezislərdən imtina etmək hüququna malikdir.
Çıxışların tam mətni konfrans başa çatdıqdan sonra ayrıca toplu şəklində çap olunacaq.

İştirak üçün ərizə və tezislərin göndərilməsi üçün son tarix 7.02.2022
Yekun hesabatın təqdim edilməsi üçün son tarix 15.03.2022

Təşkilat Komitəsinin ünvanı:
e-poçt: [email protected], [email protected]

21-04-2022