AzMİU-nun müəllim və tələbələri Milan Politexnik Universitetində ezamiyyətdə olublar [31.03.2022]

                         
          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn kafedrasının müəllimi və Memarlıq fakültəsinin dizayn ixtisasında oxuyan tələbələri İtaliyanın Milan şəhərində ezamiyyətdə olublar. Dizayn kafedrasının baş müəllimi Pərviz Əliyevin rəhbərlik etdiyi qrup Milan Politexnik Universitetində (POLİMİ) səmərəli görüşlər keçirib. Səfər bakalavriat səviyyəsində dizayn ixtisası üzrə ikili diplom layihəsi üzrə təhsil alan tələbələr üçün tanışlıq məqsədi daşıyıb.
          P.Əliyev və 160i qrupunun tələbələri Məryam Əzizova,  Enira Abdullayeva, Fidan Əliyeva, Ülviyyə Seyidzadə, Rüfət Murtuzəliyev POLİMİ universitetinin Memarlıq fakültəsi, auditoriya və laboratoriyaları, tədris prosesi ilə tanış olub, mühazirə dərslərində fəal iştirak ediblər.
          Məlumat üçün qeyd edək ki, səfər “Milan Politexnik Universiteti (POLİMİ) və AzMİU arasında bakalavriat səviyyəsində dizayn ixtisasında ikili diplom proqramının həyata keçirilməsinə dəstək” adlı qrant layihəsi əsasında gerçəkləşib.
 

05-04-2022