AzMİU-da “Təmiz Şəhər” ASC-nin yaz semestri üzrə növbəti seminarı keçirilib


            Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə   “Təmiz Şəhər” ASC-nin nümayəndəsi tərəfindən artıq ənənə halını almış növbəti maarifləndirici seminar keçirilib.  
      “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin mühəndisi Cahangir Məmmədzadənin apardığı seminara Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri cəlb olunub.  
            İlk öncə qrum nümayəndəsi tələbələrə cəmiyyət haqqında ətralı məlumat verib. “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi”, “Bərk məişət tullantılarının poliqonlarda basdırılması” mövzularna həsr olunan seminarda tullantıdan enerjinin alınması məqsədilə müvafiq zavodlarda həyata keçirilən işlərdən danışılıb, bərk məişət tullantılarının idarə edilməsi prinsipləri istiqamətində görülmüş işlər tələbələrin diqqətinə çatdırılıb. Səhmdar Cəmiyyətin nümayəndəsi tələbələrə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyəti barədə ətraflı məlumat verərək, zavodun istehsalat gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olduğunu vurğulayıb. Prezentasiya ilə təqdim olunan mövzu tələbələrin böyük marağına səbəb olub.
        Onu da bildirək ki,  AzMİU “Təmiz Şəhər” Mərkəzində aparılan seminarlar mühazirəyə  uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olur, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə edirlər.

18-03-2022