AzMİU-nun bir qrup əməkdaşı ADA Universitetində keçirilən təlimdə iştirak edib

     1-3 mart tarixlərində ADA Universitetində "Ali Təhsil Müəssisələrinin Kreativ sahələrində hub-ın inkişafı üçün maliyyə vəsaitinin cəlb edilməsi yolları" adlı təlim keçirilib. Bu təlimdə universitetimizi İnnovativ Biznes İnkubator Mərkəzinin rəhbəri Nəsibə Əmirbəyova, mərkəzin mütəxəssisi Ramin Əkbərov və Sənayenin təşkili və idarə edilməsi kafedrasının müəllimi Günel İmamquliyeva təmsil edib. Təlim ADA Universiteti və Kent Universitetinin birgə əməkdaşlığı əsasında keçirilib. 3 gün davam edən təlimdə sahibkarlıq bacarıqlarının kurrikuluma inteqrasiyası, yaradıcı sahələrdə maliyyə vəsaitinin cəlb olunması barədə bir çox metodlar təklif olunub. Böyük Britaniyanın Kent Universitetinin ASPİRE İnkubasiya Mərkəzində aparılan işlərin effektivliyi və bu sahədəki təcrübələri barədə məlumat verilib.
     Sonda iştirakçılara sertifikatlar təqdim olunub. 
 

08-03-2022