AzMİU tələbələrinin istehsalat təcrübəsi başlayıb

      Azərbacan Memarlıq və İnşaat Universitetində (AzMİU) buraxılış ili tələbələrinin 2021-2022-ci tədris ilinin yaz semestri üçün istehsalat təcrübəsi artıq başlayıb. Universitetin Təcrübə və Karyera Mərkəzindən aldığımız məlumata görə, fevralın 16-dan etibarən başlayan istehsalat təcrübəsi 14 həftə davam edəcək və mayın 25-də başa çatacaq. AzMİU-nun  2300 tələbəsi 100-ə yaxın dövlət və qeyri-dövlət qurumunda istehsalat təcrübəsi keçəcək.
     Fakültələr üzrə təcrübə rəhbərləri artıq tələbələrin təcrübə keçəcəyi müəssisələrdə olur, müəssisə rəhbərləri ilə görüşür, təcrübələrin səmərəli keçirilməsi üçün birgə fəaliyyətin vacib istiqamətlərini müzakirə edirlər. Ötən gün X.Qəniyev  istehsalat təcrübəsi keçən bir çox müəssisələrdə tələbələrin davamiyyətini yoxlayıb, müəssisə və təcrübə rəhbərləri ilə yaranan çətinliklərin aradan qaldırılması üçün atılacaq addımlardan danışıblar. Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosent əvəzi Emil Qafarov FHN -nin Xüsusi Riskli Xilasetmə Xidmətində və “İzotop” xüsusi kombinatında rəhbər şəxslər və aparıcı mütəxəssislərlə görüşüb.  Görüşdə Xüsusi riskli xilasetmə xidmətinin rəisinin 1-ci müavini, Qərargah rəisi general-mayor Məhərrəm Həsənov,  Döyüs və xüsusi hazırlıq idarəsinin rəisi polkovnik Mustafa Recebov və digər aparıcı mütəxəssislər iştirak edib. 

08-03-2022