Keyfiyyətə Nəzarət Mərkəzinin təşkil etdiyi təcrübə mübadiləsi təlimləri yekunlaşıb 

         
          Xəbər verdiyimiz kimi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Keyfiyyətə Nəzarət Mərkəzinin təşkilatçılığı ilə 2021–2022-ci tədris ilinin yaz sessiyasına hazırlıq məqsədilə fakültələr üzrə silsilə təcrübə mübadiləsi təlimləri keçirilirdi. Ötən gün təlimlər yekunlaşıb, Universitetin bütün fakültələrində keçirilən təlimlərdə dekanlar, kafedra müdirləri, dosentlər iştirak ediblər. 
          Mərkəzdən aldığımız məlumata görə, Memarıq fakültəsinin dekanı  Zahidə Məmmədova, İnşaat fakültəsinin kafedra müdiri Müxlis Hacıyev, Nəqliyyat fakültəsinin dosenti İsmayıl Çobanzadə, İnşaat-texnologiya fakültəsinin kafedra müdiri İradə Şirinzadə və dosent Emil Qafarov, Tikinti-iqtisad fakültəsinin dosenti Aydın Nəbiyev,  MİT fakültəsinin kafedra müdiri Aslan Tağıyev və dosent Rəsul Qardaşov təlimlərdə öz təcrübələrini bölüşüblər, tədrisin keyfiyyətli alınması üçün yeni metod və üsulların tətbiqindən danışıblar, təklif və tövsiyələrini veriblər. 
         Xatırladaq ki, təlimlərin keçirilməsində məqsəd tədris prossesinin yaxşılaşdırılması, müəllimlərin qabaqcıl təcrübələrinin paylaşılması və başqalarının faydalanmasından ibarətdir.  
          

21-02-2022