AzMİU THİK payız semestrinin imtahan sessiyasını uğurla bitirən tələbələr üçün istirahət təşkil edib  

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi maraqlı təşəbbüslə çıxış edib. THİK-in rəhbərliyi payız semestrinin imtahan sessiyasını uğurla (A və B göstəricilərlə) bitirən tələbələri özünəməxsus şəkildə mükafatlandırıb. 
     Qış tətilində  40 tələbə üçün  AzMİU THİK-in təşkilatçılığı ilə Quba-Şahdağ turu təşkil olunub. Tələbələrimiz Qubada gəzintidə olublar, Şahdağ qış-yay turizm kompleksində istirahət ediblər. Gənclər tətil günlərini səmərəli keçiriblər.   
               
             
          
 

26-02-2022